Komendantlıq sistemi — LUX Residence

Müştəri: LUX Residence (Pilot Həyat)İl: 2026İT həllərVeb sayt
lux-komendant.demoKomendantlıq sistemi — LUX ResidenceKomendantlıq sistemi — LUX Residence — mobil

Satılmış və investor mənzilləri üçün əmlak idarəetmə paneli: sakinlər, ödənişlər, müraciətlər və SMS təsdiqli elektron təhvil-təslim aktları.

Tapşırıq

Mənzillər təhvil verildikcə komendantlığın işi Excel cədvəllərində, kağız aktlarda və zənglərdə itirdi. Hansı mənzil kimə verilib, kim nə qədər ödəyib, hansı müraciət hələ açıqdır, bunu bir yerdə görmək mümkün deyildi.

Həll

Apple üslubunda yüngül “şüşə” dizaynlı panel quruldu (ilk versiya ağır olduğu üçün sürət əsas tələb oldu). Sistemdə yalnız satılmış və investor mənzilləri görünür. Mövcud Excel bazası sistemə köçürüldü, təhvil-təslim üçün elektron akt yaradıldı: akt sakinin telefonuna gələn SMS kodu (OTP) ilə təsdiqlənir.

Növbəti mərhələ

Komendantlıq haqlarının onlayn ödənişi üçün bankın ödəniş API-si ilə inteqrasiya sənədi hazırlanıb. Eyni sistem Nizami City üçün öz dizaynında təkrarlanır.

Demo haqqında

Aşağıdakı demo real sistemin özüdür, amma bütün sakinlər, mənzillər və ödənişlər uydurmadır və heç nə serverə göndərilmir.

Ekranlar

Panel: bu ay yığılmalı və yığılan servis haqqı, yığım faizi, son 6 ayın dinamikası
Mənzillər: mərtəbələr üzrə vizual bina xəritəsi, borc vəziyyətinə görə rənglənir
Təhvil-təslim: açar, sayğac, libetka, lift breloku və təmir vəziyyəti mənzil-mənzil
Elektron təhvil-təslim aktı: barmaqla imza və SMS kodu ilə təsdiq (demo-da test rejimi)
Avtomatik nömrələnən akt — çap və PDF üçün hazır forma
Maliyyə: illik gəlir–xərc hesabatı aylar və binalar üzrə
Borclular: borcun hansı aydan yarandığı və neçə gün gecikdiyi
Telefonda panel — komendant sahədə də işləyir
Sakin müraciətləri: status, usta, həll müddəti və sakin qiyməti

Demo

Sistemin özüdür, amma məlumatlar nümunədir və heç nə serverə göndərilmir. Formaları doldurub düymələri sınaya bilərsiniz.

lux-komendant.demo DEMO Tam ekran ↗

Əlçatanlıq

Seçimlər bu brauzerdə yadda qalır. Qısayol: Alt+A.

Klaviatura qısayolları

Ctrl / ⌘ + K
Axtarış və ayarlar
/
Saytda axtarış
T
Açıq / tünd rejim
Alt + A
Əlçatanlıq paneli
G sonra B
Bloqa keç
G sonra P
Portfolioya keç
G sonra X
Xidmətlərə keç
?
Bu siyahı
Esc
Pəncərəni bağla

Mətn sahəsində yazarkən tək hərfli qısayollar işləmir.

Telefona köçür

Telefonun kamerası ilə skan edin, bu səhifə telefonunuzda açılacaq.

iPhone-a quraşdırmaq

  1. Safari-nin aşağı panelində Paylaş düyməsinə (kvadrat və yuxarı ox) toxunun.
  2. Siyahıda “Ana ekrana əlavə et” (Add to Home Screen) seçin.
  3. Əlavə et düyməsinə toxunun. Odeo ikonu ana ekranda görünəcək.