Haqqımızda
Odeo Bakıda işləyən İT və marketinq komandasıdır. Saytı yazan, reklamı quran və müraciətlərin düşdüyü sistemi qoşan eyni insanlardır. Ona görə işlər bir-birini gözləmir.
İş prosesi · Texnologiyalar · Agentlik, frilanser, ştat · Karyera
Nə etmişik
Ətraflısı və ekran şəkilləri portfolioda.
- LUX Residencesatış saytı, 3D bina və mənzil turu, komendantlıq sistemi, satış lövhəsi və müqavilələr, tikinti anbarı və smeta
- Pilot HəyatBaş Ofis işçi idarəetmə sistemi, Qiymət Yoxla təchizat paneli
- VMM qrupuVMM Ofis, Maro Logistics saytı, Viking Group saytı, Viking Ops əməliyyat paneli
- Nizami Citykompleksin saytı, Instagram reels və reklam
- HUSSOhusso.az onlayn mağazası
İşləmə qaydalarımız
- Hesablar sizindirReklam hesabları, sayt faylları və məlumatlar sizə məxsusdur. Biz idarəçi icazəsi ilə işləyirik.
- Hesabatda satış və müraciətBəyənmə və baxış sayını əsas göstərici kimi götürmürük.
- Şablon istifadə etmirikDizaynı və kodu hər layihə üçün ayrıca yazırıq.
- Edə bilmədiyimizi vəd etmirikGoogle-da konkret yerə və ya satış rəqəminə zəmanət vermirik. Görüləcək işə və hesabata cavabdehik.
Ad haqqında
Qədim yunan şəhərlərində “odeon” musiqi və söz üçün tikilən kiçik səhnə idi. Adı oradan götürmüşük: brendin danışdığı və eşidildiyi yer.