Yasamalda yeni tikili yaşayış kompleksi üçün satış saytı: mənzil seçimi, planlar, kalkulyator, çoxdilli versiya və müraciət axını.
Tapşırıq
LUX Residence-ə alıcını ilk baxışdan inandıran, mənzili saytda seçməyə imkan verən və müraciəti birbaşa satış şöbəsinə ötürən sayt lazım idi. Sayt həm Google axtarışı, həm də Instagram reklamlarından gələn trafik üçün sürətli olmalı idi.
Həll
Brendin terakota rəng sistemi və öz şrifti ilə fərdi dizayn quruldu. Mənzil planları, bina və mərtəbə üzrə seçim, ödəniş kalkulyatoru və rus dili versiyası əlavə olundu. Sayt Cloudflare Pages üzərində işləyir: hər dəyişiklik avtomatik yayımlanır, səhifələr kənardan heç bir ağır kitabxana olmadan yüklənir.
Bir ekosistemin hissəsi
Sayt LUX Residence-in daxili sistemləri ilə eyni bazadan işləyir: 3D bina seçimi, satış lövhəsi, müqavilələr, komendantlıq və işçi idarəetmə paneli. Saytda satılan mənzilin statusu satış lövhəsində dəyişəndə saytda da yenilənir.
Ekranlar
Demo
Sistemin özüdür, amma məlumatlar nümunədir və heç nə serverə göndərilmir. Formaları doldurub düymələri sınaya bilərsiniz.








